Bazar , 19 Yanvar 2025
Drone Cameras

Nigeriyada “Lassa” qızdırması 40 nəfərin ölümünə səbəb olub

Nigeriyada “Lassa” qızdırmasından son bir ayda azı 40 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Nigeriyanın “The Nation” qəzeti məlumat yayıb.

2022-ci ilin yanvar ayının dörd həftəsi ərzində “Lassa” qızdırmasına 211 nəfər yoluxub.

Bu günə qədər ölkənin 36 ştatından 14-də qızdırma aşkarlanıb. Xəstəlikdən əziyyət çəkənlər 21-30 yaş arasındadır.

“Lassa” epidemiyası Nigeriyada bir ildən artıqdır ki, davam edir. 2021-ci ildə ölkədə bu xəstəlikdən 80-dən çox ölüm qeydə alınıb.

Bu qızdırma arenavirus ailəsinə aid olan kəskin yoluxucu viral xəstəlikdir. Bir sıra cəhətdən Ebola virusunun yaratdığı xəstəliyə yaxındır. Ən çox Qərbi Afrikada, o cümlədən Nigeriya, Liberiya, Qana, Qvineya və Sierra Leonedə yayılıb. Bu ölkələrdə hər il 500 minə qədər insan qızdırmadan əziyyət çəkir, onlardan təxminən 5 min nəfəri üçün bu xəstəlik ölümlə başa çatır.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …