Bazar , 11 Yanvar 2026
Drone Cameras

Nigeriyada silahlı hücum nəticəsində 23 nəfər ölüb

Afrikanın qərbində yerləşən Nigeriyada naməlum silahlıların hücumu nəticəsində 23 nəfər ölüb.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Kaduna əyaləti daxili təhükəsizlik və daxili işlər komissarı Samuel Aruvan bildirib.

Onun sözlərinə görə, həmin şəxslər ölkənin Birnin Gvari, Giva, Çikun, İgabi və Kauru əyalətlərinə hücum ediblər.

Aruvan hücumlar nəticəsində 23 nəfər öldüyünü, çoxlu sayda insanın yaralandığını təsdiqləyib.

Məlumata görə, həmin əyalətlərin sakinləri, əsasən, heyvandarlıqla məşğul olur. Onlar silahlıların hücumuna tez-tez məruz qalır. Ötən gün silahlılar yenə həmin sakinlərə hücum edib. Qeyd olunub ki, 19 sakin heyvanlarını naməlum silahlıların oğurlamasından qoruyan zaman ölüb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …