Bazar , 23 Fevral 2025
Drone Cameras

Nikol Paşinyan aramsız olaraq Vladimir Putinə zənglər edir

“Rossiya-1” telekanalı Prezident Vladimir Putinin Rusiyanın hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziri Nikol Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən kadrlar yayıb.

Boyukmillet.com xəbər verir ki, “Moskva, Kreml, Putin” verilişində Prezident Vladimir Putinin iclasda iştirakı zamanı Paşinyanın ona dəfələrlə zəng vurduğu əks olunur.

Kadr arxasında Vladimir Salavyov bildirir ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər ölkələrin rəhbərləri Vladimir Putinə daim zəng vururlar. Kadrlardan görünür ki, Vladimir Putin zənglərə cavab vermir.

Müxbir Prezidentin mətbuat xidmətinə istinadla deyir ki, zəng vuran Paşinyandır. Daha sonra iki dəfə Fransa Prezidenti Makron zəng vurub. Bundan sonra Rusiya Prezidentinin köməkçisi ona məktub da çatdırır. Vladimir Putin iclasın sonunadək Paşinyanın zənglərinə cavab vermir.

Check Also

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan …