Çərşənbə axşamı , 6 Oktyabr 2026
Drone Cameras

Nikolas Maduronun ABŞ-də həbsdə olan arvadının vəziyyəti pisləşir

Venesuelanın sabiq rəhbəri Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ürəyində problem səbəbindən əməliyyat olunmasına zərurət yaranıb, lakin ABŞ həbsxanasında belə bir cərrahi müdaxilədən sonra tam sağalma üçün şərait yoxdur.

Bu barədə Siliya Floresin oğlu Nikolas Maduro Qerra “France-Presse” agentliyinə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, Floresə prolaps (hər hansı bir bədən üzvünün və ya toxumanın təbii yerindən sürüşərək aşağı düşməsi və ya bayır tərəfə çıxması halıdır) diaqnozu qoyulub. Oktyabrın 15-də onun 70 yaşı tamam olacaq. Maduro Qerra hesab edir ki, əməliyyatdan sonra anasının bərpa olunmasına ehtiyac olacaq ki, bunu həbsxana şəraitində təmin etmək mümkün deyil.

Daha əvvəl Siliya Floresin müdafiəsi onun sağlamlıq vəziyyətinin pisləşdiyini əsas gətirərək, artıq ABŞ məhkəməsindən onun ev dustaqlığına keçirilməsini xahiş etmişdi. Vəkillər qeyd edirdilər ki, ürək problemləri əlavə müayinə tələb edir və cərrahi müdaxiləyə ehtiyac ola bilər.

Xatırladaq ki, Siliya Flores əri ilə birlikdə ABŞ-də həbsdədir. Yanvar ayında ABŞ qüvvələri cütlüyü Venesuelada ələ keçirərək ABŞ-yə aparıblar. ABŞ Maduro və Floresi narkotik qaçaqmalçılığı ilə bağlı cinayətlərdə ittiham edir. Məhkəmə prosesi davam edir./oxu.az/

Check Also

ABŞ bu il 180 milyard dollar tarifi geri qaytarmalı oldu

Vaşinqton administrasiyası 2026-cı ildə təxminən 180 milyard dollarlıq tarifləri geri qaytarmaq məcburiyyətində qalıb. Boyukmillet.com xəbər …