Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Norveç gələn aydan giriş qaydalarını sərtləşdirir

1 aprel tarixindən Norveç hökuməti pandemiya ilə əlaqədar olaraq ölkəyə giriş tələblərini daha da sərtləşdirəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

“1 apreldən ölkəyə girişdə verilən testin nəticələrini gözləyənlərdən sərhəddəki test stansiyasında cavab gözləmələri tələb olunacaq. İmtina edənlər cərimə ilə üzləşəcəklər”, – məlumatda deyilir.

Norveçdə koronavirusa yoluxanların sayı son sutkada 462 artaraq 92 469-a, virusun törətdiyi nəticələrdən ölənlərin sayı isə 656 nəfərə çatıb.

Check Also

Süni intellekt bütün dünyada uşaqların təhsilini, oyunlarını və psixologiyasını necə dəyişdirir

Uşaqların həyatında süni intellektin (Sİ) rolu sürətlə artır – məktəb dərslərindən tutmuş ev oyunları və …