Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Numan Kurtulmuş: “AKP və YAP əlaqələrinin inkişaf etdirilməsi istiqamətində ciddi görüşlərimiz olacaq”

“İki ölkə arasında qardaşlıq əlaqələri bu gün də davam edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Türk şəhidliyi abidəsinin önündə çıxışı zamanı deyib.

O bildirib ki, 44 günlük qələbə Türkiyə dövləti və və xalqı Azərbaycan qardaşlarının yanında idi:

“İlham Əliyevin qətiyyətli duruşu və ordusunun gücü ilə Qarabağ azad olundu. İki ölkənin siyasi partiyaları arasında əlaqələrin inkişaf etdirilməsi zəruriliyi var idi”.

N.Kurtulmuş əlavə edib ki, ortaq mədəniyyət dəyərlərinin necə inkişaf etdirilməsi baxımından Gəncədə konfrans keçiriləcək:

“Səfər çərçivəsində iki siyasi partiyanın (AKP və YAP) əlaqələrinin inkişaf etdirilməsi istiqamətində ciddi görüşlərimiz olacaq”.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …