Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Nümayəndələr Palatasının sədri: “Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır”

Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır.

Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadi mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Əhməd Əs-Səfadi qeyd edib ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara və nailiyyətlərlə imza atıb.

O vurğulayıb ki, Azərbaycanla İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əsasının qoyulmasında dünya səviyyəli şəxsiyyətlər Heydər Əliyevin və İordaniya Kralı Hüseyn bin Talalın xüsusi rolları olub.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …