Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ölkəmiz Özbəkistanda Türk Dövlətləri IV Gənc Liderlərin Forumunda təmsil olunur

Azərbaycan nümayəndə heyəti Özbəkistanda Türk Dövlətləri IV Gənc Liderlərin Forumunda iştirak edir.

Bu barədə Turkustan.az-aTürk Dövlətləri Təşkilatının Gənclər Platformasının üzvü olan “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib.

“Bu gün Daşkənddə bir sıra görüşlər keçirdik. Sabahdan etibarən isə Forum qədim Buxara şəhərində öz işinə başlayacaq. Azərbaycanın Türkiyə ilə münasibətlərinin son illərdə inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi eyni tarixi, soykökü və mədəniyyəti paylaşan digər qardaş türk dövlətləri arasında da münasibətlərin dərinləşməsinə və Türk Dövlətləri Təşkilatının güclənərək yeni qlobal güc mərkəzi kimi formalaşmasına həlledici təsir göstərir”,- deyə E. Behbud bildirib.

Onun sözlərinə görə, IV Gənc Liderlər Forumunun keçirilməsi də yenidən müxtəlif sahələrdə çalışan lider gənclərin pandemiyadan sonra bir araya toplanaraq inteqrasiya prosesinin sürətləndirilməsi və gələcək layihələrin müzakirə edilməsi baxımından mühüm önəmə malikdir: “Forum çərçivəsində media, gənclər siyasəti, mədəniyyət, sahibkarlıq, idman və digər mövzular üzrə panellərin keçirilməsi planlaşdırılır. Həmçinin Buxara şəhərinin Türk Dünyası Birinci Gənclər Paytaxtı elan olunması gözlənilir. Forum, eyni zamanda, Türküstan coğrafiyasında milli şüurun yüksəlməsi və müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq imkanlarından səmərəli istifadə olunması baxımından da əhəmiyyətlidir”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …