Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Ombudsman nümayəndələri Silahlı Qüvvələrin hospitalında olublar

Boyukmillet.com xəbərinə görə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun baş məsləhətçisi Adil Hacıyev, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Qonaqlar hospitalın müxtəlif şöbələrində yaradılan şəraitlə yaxından tanış olub, burada müalicə alan hərbi qulluqçuların sağlamlıq durumları, o cümlədən tibbi xidməti və təminatla maraqlanıblar.

Aparat əməkdaşları göstərilən tibbi xidmətin səviyyəsindən və müalicə işinin səmərəli təşkilindən razılıqlarını bildiriblər.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …