Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Rusiyalı politoloq: “Xocalıda öldürülənlərin övladları doğma torpaqlarına qayıdacaqlar”

“Bu gün Xocalıda baş verən dəhşətli faciənin ildönümünü qeyd edirik. Ümidvarıq ki, Azərbaycanda və ya başqa yerlərdə bu cür faciələr bir daha baş verməyəcək”.

Bu sozləri rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Xocalı soyqırımına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, faciənin ildönümünün Yəhudi Tolerantlıq Muzeyində baş tutması xarakterikdir. 

“Yəhudi xalqının XX əsrdə başına gətirilən böyük faciəni hamımız yaxşı xatırlayırıq”, – politoloq deyib.

S.Markov Dağlıq Qarabağda baş verənləri soyqırımı aktı adlandırıb: “Xocalıda baş verənlər soyqırımdır, yəni milli mənsubiyyətinə görə dinc əhalinin qəsdən qətl edilməsidir. Bu qətliamın təşkilatçılarının çoxsaylı müsahibələri var və onlar insanlığa qarşı bu cinayəti törətmələrinin məkrli siyasi planlarından bəhs ediblər. Plan dinc əhalidə qorxu yaratmaq və onları işğal altındakı ərazilərdən qaçmağa məcbur etmək, bununla da etnik təmizləmə həyata keçirmək olub. Buna qədər heç bir qorxu yox idi, çünki yaxın keçmişdə hamı bir ölkədə yaşayırdı, tədbirlərdə bir yerdə otururdular, birlikdə oxuyur və işləyirdilər. Bu dəhşətli qırğın köhnə və yeni həyatı ayıracaq “ayırıcı xətt” olmalı idi”.

Politoloq vurğulayıb ki, ədalət nə vaxtsa bərqərar olacaq və Azərbaycan xalqı öz ata-baba torpaqlarına qayıdacaq: “Bu isə o anlama gələcək ki, Xocalı faciəsində öldürülənlərin övladları doğma torpaqlarına qayıdacaqlar”.

Qeyd edək ki, Moskvada Yəhudi Tolerantlıq Muzeyi və Mərkəzində Xocalıda baş verən soyqırımına həsr olunmuş tədbir keçirilib.

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …