Bazar , 8 Fevral 2026
Drone Cameras

Onlara inanmıram, heç bir zaman dürüst davranmadılar – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cenevrədəki Kipr görüşü ilə bağlı açıqlama verib.

Boyukmillet.com xəbər verir ki, Ərdoğan Kİpr probleminin həlli ilə bağlı görüşün 2-3 ay sonraya təxirə salınmasına diqqət çəkib.

“Mən Cənubi Kiprə güvənmirəm, inanmıram, onlar heç bir zaman dürüst davranmadılar. Doğru danışmadılar. İndi 2-3 ay sonrasına atıldı. Mən yenə bir nəticə alına biləcəyinə ehtimal vermirəm”, – deyə o bildirib.

Yunanların dürsüt olmadığını qeyd edən Ərdoğan, “Bunlar Bürgenstock zirvə görüşündə də yalan söylədilər, aldatdılar və onun nəticəsində keçirilən referanduma da sayğı duymadılar. Şimal 65% “Bəli” deyərkən, cənub tam əksinə, bir o qədər də “Xeyr” dedi. Bunlar yalançıdıar, dürüst deyil. İnid yenə eyni şeyləri edirlər. Keçən dəfə bəzi görüşlər xarici işlər nazirlərimiz arasında keçirildi. yenə gəldilər, fərqli-fərqli şeylər söyləyirlər. Dürüst davrandıqları zaman bizdən dürüstlüyü görəcəklər, amma dürüst davranmadıqları müddətcə bunlarla razılaşmaya gəlmək mümkün deyil”, deyə danışıb.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …