Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ordubad rayonunda keçirilən taktiki-xüsusi təlim başa çatıb

Muxtar respublikanın Ordubad rayonunda yerləşən İpək Fabrikində taktiki-xüsusi təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlim planına uyğun olaraq Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin şəxsi heyətinin hazırlığı yoxlanılıb, yanğın-xilasetmə hazırlığı üzrə şəxsi heyətdən normativlər qəbul edilib, komandir (rəis) heyətinin qərar qəbuletmə bacarığı yoxlanılıb və İpək Fabrikində yaradılmış praktiki təlim yerlərində şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğından mühafizə bölmələrinin cəldliyinə, çevikliyinə və bacarıqlarına qiymət verilib.
Təlimə Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 12 nəfər şəxsi heyəti, 2 ədəd yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatıb.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd fabrikdə baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin və həlledici istiqamətlərin şəxsi heyətə öyrədilməsi, nazirliyin digər struktur qurumları və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə yanğınların söndürülməsi, bununla bağlı xilasetmə işlərinin aparılması və xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi suallarının şəxsi heyətlə praktiki məşq etdirməkdən ibarət olub.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …