Cümə , 19 Aprel 2024
Drone Cameras

Ordubad rayonunun Ağdərə qəsəbəsində qar örtüyünün hündürlüyü 30 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 25-i səhərədək ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, sulu qar, qar yağıb.

Departamentdən Boyukmillet.com-a bildiriblər ki, düşən yağıntının miqdarı Lerikdə 9, Altıağacda 5, Quba, Xaltan, Astara, Ağdərədə (Ordubad) 4, Ordubadda 3, Qusar, Qrız, Xaçmazda 2, Nabran, Xınalıq, Şabran, Yardımlı, Mərəzə, Gədəbəy, Daşkəsən, Şahbuz, Biləsuvar və Naxçıvanda 1, Maştağada 4, Bakı və Binədə 3, Sumqayıt və Zabratda 1 millimetr təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə 30, Altıağac, Lerikdə 17, Xaltan və Qrızda 10, Xınalıqda 9, Qubada 7, Sarıbaşda (Qax) 6, Qusarda 4, Şahbuzda 2, Nabran, Yardımlı və Ordubadda 1 santimetr olub.

Havanın minimal temperaturu Bakıda 0°-yə yaxın, dağlıq rayonlarda 7-12°, yüksək dağlıq rayonlarda 16-19° şaxta olub.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …