Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Ordubad və Culfa rayonlarının kəndləri dezinfeksiya edilib – FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyinin şəxsi heyəti tərəfindən Ordubad və Culfa rayonlarında ümumilikdə, 253 kilometr və ya 2 mln 72 min kvadratmetr yol və səkilər dezinfeksiya edilib.

Qeyd edək ki, dezinfeksiya tədbirləri Culfa şəhərinin əsas yollarında, Yaycı, Əbrəqunus, Ərəzin və Kırna kənd mərkəzlərində, eləcə də Ordubad rayonunun Unus, Kələki, Dırnıs, Anaqut, Qoruqlar, Başkənd, Vələver, Ağrı, Vənənd, Dizə və Xanağa kəndlərində həyata keçirilib.

Dezinfeksiya işlərinə Fövqəladə Hallar Nazirliyinin 4 ədəd yanğınsöndürmə avtomobili, 20 nəfər şəxsi heyəti, həmçinin 1 ədəd dezinfeksiya avtomobili cəlb edilib.

Check Also

Yanvarda əsgərliyə gedənlərə VACİB XƏBƏR

Qış aylarında əsgərliyə çağırışın müəyyən çətinliklər yarada biləcəyi barədə fikirlər zaman-zaman gündəmə gəlir. Maraqlıdır, qış …