Çərşənbə , 14 May 2025
Drone Cameras

Ordumuz bu əmri gözünü qırpmadan icra edəcək

Dövlətimizin başıçısını, millətimizi əmin etmək istəyirəm ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması üçün tam hazır vəziyyətdədir və əmr gözləyir. Bu qələbə uzaqda deyil. Biz bu qələbənin şahidi olacağıq.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev bildirib.

O, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu, onun rəhbərliyini, şəxsi heyətini təbrik edib, ən xoş arzularını çatdırıb.

“Azərbaycan Ordusu bu gün dünya orduları sırasında ön yerlərdən birini tutur. Hərbi hissələr qürur hissi verir. Azərbaycan Ordusu ən yeni silahlarla təmin olunub. Əsgərlərin, zabitlərin, generalların əhval-ruhiyyəsi yüksək səviyyədədir. Onlar hər bir zaman Ali Baş Komandanın verdiyi əmrləri gözünü qırpmadan icra edəcəklər”, – general-polkovnik deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqları azad etməyə hazırdır.

Check Also

Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

“İndiki şərtlər altında 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək doğru deyil. …