Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Ötən həftə azad edilmiş ərazilərdə 216 mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 26 fevral-3 mart 2024-cü il tarixi ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 2019,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Check Also

15 nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Həmin şəxslərin qəbul etdikləri etil spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edildiyi bildirilir Bakıda son 2 …