Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Özəl klinikalarda qızdırma testi yoxdur, ona görə də…”- PROFESSOR

Dünya hələ də ötən ilin dekabrında mənbəyi Çində aşkar olunan ölümcül koronavirusun qarşısında aciz qalıb.

Dünyanı cənginə alan bu yoluxucu virus ölkə vətəndaşlarını ciddi narahat edir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus təhlükəsinə qarşı önləmlər görülməkdədir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah virusun qarşısının alınması ilə bağlı qabaqlayıcı və təxirəsalınmaz tədbirlər həyata keçirməkdədir. Bütün təhsil müəssisələrində tədrisin dayandırılması, toy və yas mərasimlərinin, kütləvi tədbirlərin təxirə salınması, kafe-restoran və əyləncə mərkəzlərinin fəaliyyətinin müəyyən qədər məhdudlaşdırılması, eləcə də bu kimi önləmlər alınmaqdadır.

Bundan əlavə dövlət tərəfindən məlum virusdan müalicə üçün Bakı şəhəri daxil, Astara, Qobustan və Cəlilabad rayonlarında xüsusi tibb müəssisələr ayrılıb. Bakıdakı palatalar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Kliniki Tibbi Mərkəz (KTM), 7 saylı uşaq infeksion xəstəxanasında yerləşir. Hökumət koronavirusa görə müayinə və müalicəni özəl tibb müəssisələrində qadağan edib. Amma insanlarda virusla bağlı ajiotaj var. İstənilən halda sağlamlıqları ilə bağlı önləm almaq üçün ümumi yoxlanışdan keçmək istəyirlər və bu prosesin özəl tibb müəssisələrində keçirilməsini daha məqsədəuyğun hesab edirlər.

Maraqlıdır, özəl tibb müəssisələri də hökumətin sözügedən mübarizəsinə hansısa formada dəstək verə bilərmi? Narahatlığı aradan qaldırmaq üçün özəl müəssisələrə belə imkanın yaradılması mümkündür?

Boyukmillet.com bildirir ki. tibb elmləri dosenti, professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında deyib ki, əgər dövlət özəl xəstəxanaları bu işə cəlb etsə, onlar bununla məşğul ola bilərlər:

“Amma hələlik mümkün deyil. Xəstələri izolyasiya etmək və müalicəsi üçün xüsusi yerlər ayrılıb. Özəl xəstəxanalarda şübhəli xəstə olarsa, dərhal onunla bağlı Operativ Qərargaha məlumat verilir və qərargah xəstələri ayrılan yerlərə aparır”.

Adil Qeybullanın sözlərinə görə, istənilən halda həmin virusun identifikasiyasını müəyyən edən şərait özəl xəstəxanalarda yoxdur:

“Məlum virusa görə əsas test qızdırma testi sayılır. Bu test də özəl xəstəxanalarda yoxdur. Hələlik ancaq həmin virus üçün xüsusi ayrılmış yerlərə müraciət olunmalıdır”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …