Cümə , 13 Mart 2026
Drone Cameras

Özbəkistan səfiri: “5 ayda Azərbaycanla ticarət dövriyyəsi 30% artıb”

Bu ilin yanvar-may aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 30% çox olub.

Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov ölkəsinin müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyası ilə bağlı böhranlı vəziyyətə baxmayaraq iki ölkə arasında münasibətlər 2020-ci ildə də inkişaf edib: “Ötən il ticarət dövriyyəmiz 12% artıb”.

B.Əşrəfxanov qeyd edib ki, iqtisad əməkdaşlığın, o cümlədən qarşılıqlı investisiya qoyuluşunun inkişafı üçün nəhəng potensial mövcuddur.

Səfir iki ölkə arasında 130-dan çox razılaşmanın, o cümlədən strateji tərəfdaşlıq haqqında müqavilənin imzalandığını vurğulayıb.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …