Bazar , 1 Noyabr 2026
Drone Cameras

Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Üzərində “silah” gəzdirib, özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub.

Polis tərəfindən keçirilən tədbirlərlə S.Dadaşzadə saxlanılıb.

Araşdırmalarla onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olması, özünün isə hər hansı hüquq-mühafizə orqanlarında heç vaxt işləmədiyi müəyyən edilib.

Onunla bağlı məsuliyyət tədbirləri görülür.

Check Also

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Oktyabrın 30-da Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.Bu barədə Boyukmillet.com-a Ali Məhkəmədən məlumat verilib.Bildirilib ki, …