Bazar , 7 Dekabr 2025
Drone Cameras

Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv edib

Azərbaycan və 125 digər ölkə Pakistana səfər etmək üçün pulsuz viza ala bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Visanews” məlumat yayıb.

Pakistanın informasiya naziri Ataulla Tarar bildirib ki, Azərbaycan da daxil olmaqla, 126 ölkədən gələn ziyarətçilər üçün elektron viza (e-Visa) rüsumlarından imtina ediləcək və müraciət prosesi əhəmiyyətli dərəcədə sadələşdiriləcək.

Qeyd edilib ki, bu ölkələrin vətəndaşlarına 90 günlük viza 24 saat ərzində həm turizm, həm də işgüzar məqsədlər üçün pulsuz veriləcək.

Check Also

Azərbaycanın turizm imkanları MDB ölkələrində təqdim olunub

Dövlət Turizm Agentliyinin tabeliyində olan Azərbaycan Turizm Bürosu 18-25 avqustda Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana və …