Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

“Pakistan şirkətlərinin Qarabağın bərpasına yatırımları üçün böyük potensial var”

“Pakistan şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasına yatırımlar etməsi üçün böyük potensial var”.

Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimində jurnalistlərə deyib.

Onun sözlərinə görə, Pakistan şirkətləri Qarabağda bərpa işləri üzrə investisiya layihələrinə yatırım edən ilk şirkətlər arasında olmaq istəyir.

“Ümid edirik ki, İqtisadi Əməkdaşlıq Palatasının açılması Qarabağda investisiya potensialının nəhəng olduğuna dair məlumatı pakistanlı biznesmenlərə də çatdırmaq işində faydalı olacaq”, – diplomat əlavə edib.

Səfir həmçinin qeyd edib ki, yaxın günlərdə Şuşaya gedəcək və orada olan investisiya potensialı barədə pakistanlı iş adamlarını məlumatlandıracaq.

Check Also

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə memorandum imzalayıb

Sosial Tədqiqatlar Mərkəzinin (STM) nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olublar. Konfederasiya sədri Sahib Məmmədov …