Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Pakistan vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinə görə tutulan rüsum müəyyənləşib

Pakistan vətəndaşlarına tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsi müəyyən edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Belə ki, qərarla Azərbaycana səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin siyahısı genişləndirilib. Siyahıya Pakistan da əlavə olunub.

Beləliklə, Azərbaycan ilə Pakistan arasında mövcud yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrini, iki ölkənin siyasi baxımdan həssas məsələlərdə bir-birinə göstərdiyi dəstəyi, eləcə də iqtisadi-ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün atılan addımları və bu mənada xüsusi əhəmiyyət kəsb edən qarşılıqlı səfərlərin əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd edilən Siyahıya Pakistanın əlavə edilməsi məqsədəuyğun hesab olunub.

Bu Qərar Pakista vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin qarşılıqlı olaraq Pakistan tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsinin səviyyəsində müəyyən edilməsini tənzimləyir.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …