Cümə , 22 Noyabr 2024
Drone Cameras

Parisdə Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir keçirilib

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Fransanın paytaxtı Parisdə Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun İcraçı Direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev, Strateji Kommunikasiyalar Mərkəzinin Assosiasiyasının direktorunun köməkçisi Əli Abdullayev, politoloq, hüquqşünas Zaur Sadıqbəyli, fransalı jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun İcraçı Direktoru, tarix üzrə fəlsəfə doktoru C.Bəhramov tarixi abidələrin vətəni olmadığını, ölkələrin mədəni irsi qorumaq öhdəliyi daşıdıqlarını bildirib. O, İrəvan şəhərində azərbaycanlıların sonuncu tarixi irsi Təpəbaşı məhəlləsinə dair araşdırmaları zamanı erməni tarixçilərin yazılarına istinad etdiyini bildirib və erməni tarixçilərinin özlərinin bu abidələrin azərbaycanlılara məxsus olduğunu etiraf etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Təpəbaşı məhəlləsinin Ermənistanın dörd məhəlləsindən biri olduğunu qeyd edib və bu məhəllənin tarixi barədə qonaqlara ətraflı məlumat verib. C.Bəhramov Ermənistanda azərbaycanlıların abidələrinin adlarının dəyişdirildiyindən danışıb, Ermənistanın monoetnik millət olduğunu vurğulayıb.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev Ermənistanın İrəvanda azərbaycanlıların tarixən yaşadıqları məhəllənin tamamilə dağıdılması siyasəyi apardıqlarını və bunun mədəni soyqırımı olduğunu söyləyib:

“Bu siyasət azərbaycanlılara qarşı Ermənistanın soyqırım siyasətinin tərkib hissəsi və müharibə cinayətidir”.

Ə.Əmirov Ermənistan Azərbaycanın sülh səylərinə təxribatlarla cavab verdiyini qonaqların diqqətinə çatdırıb. O Azərbaycanda əlli minə qədər erməninin yaşadığını, Ermənistanda isə azərbaycanlı qalmadığını, hamısının qovulduğunu xüsusi qeyd edib.

Politoloq, hüquqşünas Zaur Sadıqbəyli İrəvan şəhərinə və onun mədəni irsinə beynəlxalq konvensiyalar çərçivəsində yanaşılmalı olduğunu, UNESCO da daxil olmaqla, beynəlxalq təşkilatların faktaraşdırıcı missiyalarının bu irsin hazırkı vəziyyəti ilə bağlı monitorinqinin aparılması, nəticələrin sənədləşdirilməsinin vacibliyini vurğulayıb.

Qonaqlara “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitab paylanılıb.

Tədbir çərçivəsində Təpəbaşı məhəlləsindəki dağıdılmış və sökülməkdə olan abidələrin fotosərgisi təşkil edilib

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …