Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Parisdə “Türk kinosu ilə görüş” festivalı başlayıb

Fransa paytaxtı Parisdə “Türk kinosu ilə görüş” günləri başlayıb. 

“Report”  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üçüncü dəfə təşkil olunan tədbirin açılışında “Rüzgarda salınan Nilüfer” filmi nümayiş etdirilib.

Festival Türkiyənin Fransadakı səfirliyinin təşkilatçılığı ilə UGC Normandie kinoteatrında keçirilir.

Tədbirdə Mehmet Can Mertoğlunun “Albüm”, Kıvanç Sezerin “Babamın Kanatları”, Hiner Saleemin “Dar Elbise”, Mustafa Karanın “Kalandar Soğuğu” ve Cemil Ağacıkoğlunun “Tarla” filmləri də nümayiş olunacaq. 

Festival dekabrın 18-də başa çatacaq. 

Check Also

Jurnalist çətin vəziyyətdə qalan qadını xilas etdi – ANBAAN VİDEO

Jurnalist Şəmistan Fikrətli çəkiliş zamanı yolda köməksiz vəziyyətdə qalmış qadın sürücü ilə qarşılaşıb və dərhal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir