Bazar , 20 İyul 2025
Drone Cameras

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Astanada görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin Qazaxıstanın paytaxtı Astanada görüşəcək. 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyada səfərdə olan Rusiya prezidenti Vladimir Putin Yaponiyanın baş naziri Sindzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında deyib. 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla srağagünkü telefon danışığımızda Suriyadakı münaqişənin dayandırılması üçün Qazaxıstanın paytaxtı Astanada görüşə biləcəyimizi razılaşdırdıq”, – deyə dövlət başçısı əlavə edib.

V.Putin Hələblə bağlı atılacaq növbəti addımlar barədə bunları deyib: “Növbəti mərhələ bütün Suriya ərazisində atəşin tamamilə dayanmasına nail olmaqdır”.

Check Also

TRT-nin Güney Azərbaycana yalnışı

Bu gün Türkiyənin rəsmi dövlət kanalı olan TRT Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir