Bazar , 11 Yanvar 2026
Drone Cameras

Parlament seçkiləri ilə əlaqədar 592 nəfər partiya səlahiyyətlisi qeydə alınıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 25 siyasi partiyanın 592 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O həmçinin qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib: “5 831 müşahidəçi MSK-da, 44 868 nəfər DSK-da (Dairə Seçki Komissiyaları) qeydə alınıb”.

M.Pənahov vurğulayıb ki, partiyalar siyahıları təqdim etdikdə bu say 90 mini keçəcək.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …