Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Paşinyan bütün dünyaya bəyan etdi ki, onun oğlu ordudan yayınan muzdlu və terrorçudur

Münxen Təhlükəsizlik Konfransında boks rinqində Prezident İlham Əliyevin bir-birini əvəzləyən sərrast zərbələri altında əzilən, küncə qısılan baş nazir Nikol Paşinyan hərdənbir əl-qol ölçməyə çalışır, lakin onun, görünür, zəif əllərə geyildiyini “hiss edən” əlcəkləri dünya auditoriyasının birgə qəhqəhəsinin sədaları altında elə hey əllərindən çıxıb yerə düşürdü. Oğlunun Qarabağda xidmət etməsi və bu addımı, – indi gəl nəzakətlə de də, – “könüllü” atması barədə bu “mikroinqilabçı”nın bəyanatı belə “əlcək uçuşlarından” biri oldu.

Burada ona üz tutub demək istəyirsən ki, axı sən dilini niyə dinc qoymursan?! Artıq sus və növbəti “nokdaunla” görüşə tələsmə. Axı bura sənin üçün Yerevandakı meydan deyil, qarşında da özün kimi bisavad dolandırıcılar yoxdur. Sən adlı-sanlı insanların toplaşdığı nüfuzlu beynəlxalq məkandasan. Ordudan yayınan muzdlunun və terrorçunun atası olduğunu deməyə və bunu açıq etiraf etməyə nə ehtiyac var?!

Bütün dünyaya məlumdur ki, Ermənistanda hərbi xidmət məcburidir, çağırış rayon hərbi komissarlıqları (RHK) vasitəsilə həyata keçirilir. RHK da könüllüləri cəlb edən hər hansı qeyri-hökumət təşkilatı deyil, əsl dövlət strukturudur. Əgər çağırışçı RHK tərəfindən çağırılırsa və elə oradan öz hərbi hissəsinə yollanırsa, deməli, söhbət hər hansı “xoş məram”dan gedə bilməz və dövlətin bütün bu prosesdə rolunu və birbaşa iştirakını Paşinyansayağı təkzib etmək artıq səfehlikdir. Əgər RHK çağırışçıları Qarabağa yollayırsa, deməli, bunu sizin baş naziri olduğunuz dövlət edir, dövlətin adından edir və dövlət naminə edir.

“Könüllü” sözünün morfoloji təhlilini aparmaq və onun əhəmiyyətini izah etmək də artıq mənasızdır. Əgər işğal edilmiş ərazilərdə müddətli hərbi xidmət “könüllü” olsaydı, heç bir çağırışçı bu “xoş məram”ın müddətini qısaltmaq üçün Rusiyaya qaçmazdı və heç bir valideyn rüşvət vermək üçün pul yığmazdı. Təsəvvür edirsiniz, uşaqlar Qarabağa “can atır”, valideynlər isə rüşvət verirlər ki, hərbi komissarlar onlara qulaq asmasınlar! Siz bu nağılı kimə danışırsınız?!

Bəlkə də bu nağıllar sizin “nağıl sevən qulaqlarınıza” xoş gəlir, lakin Münxen Təhlükəsizlik Konfransının iştirakçılarının bunu başa düşməsi mümkün deyil. Odur ki, cənab varçapet, bu nağılları səviyyənizə uyğun olan auditoriya üçün saxlayın.

Bununla belə, əgər razılaşsaq ki, sizin oğlunuz Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək əvəzinə, Allah bilir hara gedib, özü də dövlətin xəbəri olmadan, necə deyərlər, öz təşəbbüsü ilə gedib, onda belə çıxır ki, o, sadəcə qaçıb, Ermənistanda xidmət etmək istəməyib, ölkənin orduda məcburi hərbi xidməti nəzərdə tutan cinayət məcəlləsini pozub. Belə çıxır, sizin oğlunuz ordudan yayınıb! Axı siz özünüz bütün dünyaya elan etdiniz ki, o, “könüllü” xidmət edir və bu xidməti Ermənistan silahlı qüvvələrinin olmadığı Qarabağda keçir. Odur ki, oğlunuz evə qayıdanda, lütfən, onu Ermənistan silahlı qüvvələrində xidmətdən yayındığına görə cinayət məsuliyyətinə cəlb etməyi unutmayın.

İndi isə məsələyə əks tərəfdən baxaq. Tutaq ki, Ermənistanda hərbi xidmət heç də məcburi deyil, RHK da bir növ dövlətə aidiyyəti olmayan qeyri-hökumət təşkilatıdır. Bizim Aşotik də yetkinlik yaşına çatıb, bığ yeri əməlli-başlı tərləyib və cavan qəlbi barıt qoxusunu ciyərlərinə çəkmək istəyir. Özü də başqa yerdə deyil, məhz “ermənilərin qədim Arsaxında” və burada da Ermənistan silahlı qüvvələri “yoxdur” və “heç vaxt da olmayıb”. Özü də təkcə o deyil, valideynləri RHK-dakıların ailə büdcəsini yaxşılaşdırmaq üçün yetərincə pul yığa bilməyən minlərlə digər çağırışçı da məhz bunu istəyir. Yaxşı, tutaq ki.

İndi isə zəhmət olmasa, başqa ölkənin ərazisinə yollanan, orada əlinə silah götürən və əyninə öz dövlətinin olmayan hərbi formasını geyinən şəxsləri necə adlandırırlar, onu xatırlayaq. Siz doğru buyurdunuz, onları … muzdlu adlandırırlar.

Hə bir də onları terrorçu adlandırırlar. Əgər onların hərəkətləri və niyyətləri silahlı və könüllü olaraq (!!!-bu vacibdir, yəni məcburi deyil, məhz könüllü) ərazisində dolaşdıqları ölkənin vətəndaşlarının təhlükəsizliyinə və Konstitusiyasına qarşı yönəlibsə, deməli, onlar terrorçudurlar!

Cənab varçapet, məgər siz muzdlularla və terrorçularla necə rəftar olunduğunu bilmirsiniz? Bəs bisavad müşavirləriniz və suflyorluq edənləriniz sizə xəbərdarlıq etməyiblər ki, 1949-cu ilin dörd Cenevrə konvensiyasının təsiri bu kateqoriyadan şəxslərə ŞAMİL OLUNMUR. Üstəlik, sizin övladınız “yolunu azmış növbəti çoban” olsa və Azərbaycanın hərbi qulluqçularının əlinə keçsə, o, tələm-tələsik özünü necə təqdim edəcəyini seçməli olacaq: o, ya deməlidir ki, Ermənistandandır və dövləti onun harada olduğunu bilmir (onda o, muzdluya çevriləcək və belə olan halda onunla istədikləri kimi rəftar edəcəklər), ya da deməlidir ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusudur və bura könüllü deyil, məcburi gəlib ( onda o, bir hərbi əsir kimi Cenevrə konvensiyaları tərəfindən müdafiə olunacağına ümid bəsləyə bilər, hərçənd bunun üçün atasını “baqaja verməli” və “işğalçı” statusunu qəbul etməli olacaq).

Nikol Vovayeviç, siz isə Aşotikinizin kim olduğunu – sizin dövlətin silahlı qüvvələrinin sıralarında hərbi xidmətdən yayınanmı, Cenevrə konvensiyalarının təsirinin şamil olunmadığı muzdlu və terrorçumu olduğunu seçməlisiniz, yaxud hər halda etiraf etməlisiniz ki, Münxen səhnəsində Qarabağda Ermənistan Respublikası ordusunun bölmələri yoxdur deməklə, azacıq yalan danışmısınız və oğlunuz da işğalçı hərbi qulluqçudur.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …