Bazar , 11 Yanvar 2026
Drone Cameras

Paşinyan: Ermənistan AES-in fəaliyyətini 2036-cı ilə qədər uzadacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin 2036-cı ilə qədər uzadıldığını və bunun yeni enerji blokuna rahat keçidi təmin edəcəyini bəyan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, Moskvada keçirilən Qlobal Atom Forumunda bildirib.

Onun sözlərinə görə, stansiyanın modernləşdirilməsi və istismar müddətinin uzadılması layihəsi “Rosatom” və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilir.

“AES-in istismar müddətinin 2026-cı ildən 2036-cı ilədək uzadılması onun hazırkı istismar müddəti bitdikdən sonra yeni enerji blokuna təhlükəsiz və sərfəli keçidi üçün zəmin yaradır”, – Paşinyan qeyd edib.

O, Ermənistanın ölkənin enerji sisteminin təhlükəsizliyini və spesifik xüsusiyyətlərini nəzərə almaqla, mövcud blokun dəyişdirilməsi üçün optimal həllər tapmaq məqsədilə BAEA və digər tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirəcəyini vurğulayıb. Baş nazir qeyd edib ki, yeni obyektlər regionun inkişafında mühüm faktorlar olacaq.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …