Cümə , 17 Aprel 2026
Drone Cameras

Paşinyan: “Ermənistanın strateji təhlükəsizliyi yalnız hərtərəfli sülhlə təmin oluna bilər”

“Ermənistanın strateji təhlükəsizliyi yalnız hərtərəfli sülhlə təmin oluna bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

Onun sözlərinə görə, beynəlxalq vəziyyət regiona birbaşa təsir edir: “Regionumuzda təhlükəsizlik və sabitlik sistemləri deformasiyaya uğrayıb. Bu o deməkdir ki, biz əlavə çağırışlarla üzləşmişik”.

Baş nazir bildirib ki, ölkənin qarşısında duran əsas vəzifə deformasiya nəticəsində yaranan riskləri idarə etməkdir: “Bunun üçün isə hərtərəfli sülhə ehtiyac var. Sülhə nail olmaq mümkündür. Amma buna görə siyasi iradə və məqsədə çatmaq üçün aydın parametrlər lazımdır”.

Paşinya vurğulayıb ki, hakimiyyətin sülhə nail olmaq üçün siyasi iradəsi var.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …