Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Paşinyan Ermənistanın təslimçilik sənədinə imza atdığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə o özünün “facebook”dakı səhifəsində yazıb.

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.

Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, – deyə o qeyd edib.

Diplomatik mənbələrdən “Report”a verilən məlumata görə, söhbət Ermənistanın kapitulyasiyasından gedir. Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin azad edilməsi 27 sentyabrda başlanmış müharibənin taleyini həll edib. Ötən gün daha 72 kəndin və 8 strateji yüksəkliyin işğaldan azad olunmasından sonra Ermənistan ağ bayrağa qaldırmağa məcbur olub.

Şuşanın azad edilməsindən sonra Nikol Paşinyan Azərbaycan Respublikası Prezidentinin tələbləri ilə razılaşmaq məcburiyyətində qalıb.

Qeyd edilir ki, yaxın saatlarda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə işğalçı ölkənin təslim olunması şərtlərinin uyğunlaşdırılacağı və razılaşmanın imzalanacağı videokonfrans keçiriləcək.

Sənəd cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasını, atəşkəsin elan olunmasını, Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq qısa müddətdə Ermənistanın işğalçı qoşunlarının Kəlbəcər, Laçın və Ağdamdan qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutur

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …