Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Paşinyan özü də dilə gəldi – fəlakət hələ qabaqdadır, koronavirus Ermənistanın belini qırdı…

Məhəmməd Əsədullazadə: “İki ildir Paşinyan əhaliyə verdiyi sözləri tuta və virusa qarşı mübarizəni qura bilmədi”

Erməni mediası yazır ki, koronavirus Ermənistan iqtisadiyyatının belini qırdı, ilin ilk 4 ayında iqtisadi fəallıq kəskin azalıb.

Erməni siyasi icmalçı Akop Koçaryan yazır ki, Ermənistan hakimiyyətinin epidemiya ilə cılız mübarizəsinin iqtisadi nəticələri daha da nəzərə çarpır. Statistika Komitəsinin açıqladığı operativ məlumatlara görə, aprel ayında iqtisadiyyat sadəcə çöküb. Erməni ekspertin fikrincə, ilin ilk 4 ayında iqtisadi fəallıq da azalıb: “Ermənistan iqtisadiyyatının epidemiyaya ilk reaksiyası mart ayında müşahidə edildi. İqtisadi aktivlik 4,9% azalıb. Sənaye artımı dayandı. İnşaat sektoru çökdü. Ticarət və xidmət dövriyyəsi belə azaldı. Xarici ticarət də kənarda qalmadı. Həm ixrac, həm də idxal düşdü. Bu vəziyyət nə qədər uzun sürsə, itkilər də o qədər çox olacaq”.

O, epidemiyanın Ermənistan iqtisadiyyatının belini qırdığına əmin olduğunu bildirib. Onun fikrincə, bu, yalnız başlanğıcdır, əsl fəlakət qabaqdadır.

Belə görünür ki, pandemiya Ermənistana fəlakət vəd edir. Çünki ağır nəticələr ortadadır. Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirir?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistanda iqtisadi və sosial vəziyyətin ağırlaşması hər keçən gün davam edir. Bunu Baş nazir Nikol Paşinyan da etiraf edir. Ölkəyə maliyyə daxilolmaları kifayət qədər azalıb, iqtisadiyyat deyilən struktur yoxdur. Belə bir vəziyyətdə həqiqətən işğalçı ölkənin iqtisadi bərpası mümkün görünmür. Bundan sonra ölkədə iqtisadi vəziyyətin düzəlməsi üçün hakimiyyətin atacağı addımlar yetərli olmayacaq. Çünki, ölkənin mövcud maliyyə ehtiyatları tükənir, sərhədlərin bağlı olması vəziyyəti mürəkkəbləşdirir.  Hələ ki, virus qarşıdadır. Ermənistan hər ay Rusiyaya mövsümi meyvələr ixrac edirdi. Bunun müqabilində kənd təsərrüfatı sahəsində çalışanlar dolanırdı. Artıq bu yay belə bir imkan olmayacaq. Bu da kənd təsərrüfatında çalışan əhalinin vəziyyətini ağırlaşdıracaq. Göründüyü kimi, pandemiya Ermənistan iqtisadiyyatına mənfi təsir edir və əhalinin güzəranını bərbad hala salır. Hesab edirəm ki, iqtisadi problemlər siyasi prosesləri qızışdıracaq və Paşinyana qarşı etirazlar baş qaldıracaq. Ona görə ki, iki ildir Paşinyan əhaliyə verdiyi sözləri tuta və virusa qarşı mübarizəni qura bilmədi. Bu da ölkədə dərin iqtisadi fəsadlara gətirib çıxarır. Ermənilər Paşinyana bunu bağışlamayacaqlar. Qarabağda da vəziyyət kəskinləşəcək. Paşinyan artıq yoluxmanın İtaliya səviyyəsində olduğunu qeyd etdi. Bu isə o deməkdir ki,  Ermənistan artıq fəlakətlə üzləşib”.

Vidadi ORDAHALLI

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …