Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat

Qarabağ məsələsini birtərəfli fəaliyyətlə həll etmək mümkün deyil. Əgər hansısa Ermənistan hakimiyyəti birtərəfli addımlar atsa belə, bu, problemi həll etməyəcək, onu daha da dərinləşdirəcək.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Fridrix Ebert Fondunda çıxışı zamanı deyib. Paşinyan çıxışı zamanı guya yenilik edərək, Qarabağ məsələsində ərazi iddialarının gündəmə gətirilməməsi gərəkdiyini bildirib:

“Azərbaycanda ərazilər haqqında danışmağı çox sevirlər, amma bizim təhlükəsizlik haqqında danışdığımızı anlamaq çox vacibdir”.

Paşinyan qondarma Qarabağ rejiminin güzəştlərə hazır olmadığını söyləyib:

“Qarabağ dünyanın başqa ölkələri kimi öz təhlükəsizliyini güzəştə getməyə hazır deyil. Hansı ölkə öz təhlükəsizliyini güzəştə getməyə hazırdır? Situasiyanın həlli təhlükəsizliyə zəmanətlə bağlı ola bilər”.

Erməni baş nazir yenidən Madrid prinsiplərinə zidd bəyanatlarını təkrarlamağa və öz bəyanatına haqq qazanadırmağa davam edib:

“Əslində “Qarabağ – Ermənistandır və nöqtə” bəyanatının çox sadə açıqlaması var. Biz dedik ki, Azərbaycanın Qarabağa hücumunu Ermənistana hücum kimi qəbul edəcəyik. Ermənistan Qarabağın təhlükəsizliyinin zəmanətçisidir. İrəvan Azərbaycan tərəfindən danışıqlar prosesində heç bir konstruktiv addım görməyib”.   /Axar.az/

Check Also

Oktyabrda Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bu ilin oktyabrında Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu …