Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Paşinyanın oğlunu oğurlamağa cəhddə şübhəli bilinən qadın barəsində həbs qərarı çıxarılıb

Ermənistanın baş nazir Nikol Paşinyanın oğlu Aşot Akopyanı oğurlamağa cəhddə şübhəli bilinən Qayane Akopyan barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə onun vəkili Vaan Hovhannisyan məlumat yayıb.

Bu barədə ümumi yurisdiksiya məhkəməsi qərar çıxarıb.

Vəkil deyib ki, hakim Jora Çiçoyanın qərarından şoka düşüb, çünki proses zamanı həbs üçün heç bir əsasın olmadığı məlum olub.

Müttəhimin hökmlə bağlı apellyasiya şikayəti verəcəyi bildirilib.

Q.Akopyanın aclıq aksiyası davam edir. Onun səhhəti hələ ki, qənaətbəxşdir.

Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə Ermənistan ordusu tərkibində iştirak edib ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …