Şənbə , 26 Aprel 2025
Drone Cameras

Paytaxtın 4 rayonunun baxçalarında icra edilən “3 dəfə isti yemək” layihəsinin iflası-Video

Jurnalist Məhəmmədəli Qəribli etdiyi videoçıxışda Təhsil Nazirliyinin paytaxtın 4 rayonunda həyata keçirdiyi pilot layihənin necə özünü doğrultmadığından ətraflı danışıb. Həmin çıxışda bildirilir ki, paytaxtın: Nəsimi, Səbail, Nərimanov, Nizami rayonlarındakı uşaq baxçalarını əhatə edən layihənin başlıca məqsədi uşaqları gün ərzində 3 dəfə isti yeməklə təmin etmək olub.

Ancaq yalnız sözdə əməl olunan layihənin uğursuzluğu sözügedən rayonlardakı baxçaları yenidən öz daxillərində yemək bişirməyə vadar edib. Yəni “köhnə hamam, köhnə tas” olmağına baxmayaraq, layihə icraçıları hər uşaqdan isti yemək təminatı adı ilə gün ərzində əlavə iki manat qazanmış olurlar.

Ən dəhşətisi isə budur ki, bu uğursuz layihəni növbəti ildən paytaxtın daha 4 rayonuna tətbiq etmək istəyirlər. Jurnalistin bu məzmunda etdiyi videoçıxışın tam versiyasını təqdim edirik:

Check Also

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif …