Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Pensiya ilə bağlı YENİLİK – ARTIRILIR

Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Dövlət Sosial Müdafiə Fondunun ümumi xərclərinin 96,62 faizi səviyyəsində proqnozlaşdırılır.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7992,88 mln. manatı əmək pensiyalarının, 203,57 mln. manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək.

Əhaliyə ödənişlərin 2026-cı il üçün nəzərdə tutulmuş proqnozu 2025-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 787,51 mln. manat və ya 10,63 faiz çoxdur.

2026-cı il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,52 faizini təşkil edir.

Check Also

Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şəhərdə …