Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Pentaqon: ABŞ Hərbi Hava Qüvvələri Qara dəniz üzərində uçuşlarını davam etdirir

ABŞ Hərbi Hava Qüvvələri Qara dəniz üzərində beynəlxalq hava məkanında uçuşlar həyata keçirməyə davam edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinq zamanı bildirib.

“Biz Qara dəniz üzərində beynəlxalq hüquqa uyğun olaraq hər yerdə uçuşlar həyata keçiririk”, – Rayder deyib.

Onun sözlərinə görə, ABŞ tərəfi təhlükəsizlik səbəbindən uçuşların təfərrüatlarını açıqlamayacaq.

Qeyd edək ki, 14 mart tarixində Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib. Nəticədə “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …