Bazar , 8 Fevral 2026
Drone Cameras

Pentaqon rəhbəri Kiyevin Kursk vilayətində fəaliyyət planından xəbərdar olub

Kiyev Ukrayna hərbçilərinin Kursk vilayətində fəaliyyət planı barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostini şəxsən məlumatlandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqh jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Nazir Ukraynada olarkən onların Kursk vilayəti ilə bağlı planları ilə şəxsən tanış olmaq imkanı əldə edib”, – deyə o qeyd edib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu avqustun 6-da başlayıb. Bölgədə fövqəladə vəziyyət rejimi qüvvədədir. Sərhəd rayonlarının sakinləri təhlükəsiz ərazilərə köçürülür.

Check Also

Makron dünyanın ən çox nifrət edilən lideri seçildi

Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına …