Cümə , 27 Fevral 2026
Drone Cameras

Perinçək: “Kərkükü Türkiyəyə birləşdirsək…”

ABŞ-la İsrail artıq Yaxın Şərqdə uduzublar.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Ulusal” televiziyasına müsahibəsində Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək söyləyib.

“Cənubumuzda dövlətlər birləşir. Yeni dünya qurulur. Bölgədə ABŞ-la İsrail uduzub. ABŞ-ın Yaxın Şərqdə məzhəb savaşları yaratmaq istəyi baş tutmadı. Türkiyə zamanında İraq Kürd Muxtariyyəti ilə bağlı lazımlı addımları atsaydı, referendumun qarşısını ala bilərdi. Biz aylar əvvəl hökumətə xəbərdarlıq etmişdik”, – deyə o bildirib.

Perinçək çıxışı zamanı Milliyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalının Kərkük açıqlamasına da diqqət yetirib:

“Baxçalının Kərkük-Mosul açıqlaması son dərəcə yanlışdır. “Kərkükü 82-ci, Mosulu 83-cü vilayətimiz edəcəyik” demək Diyarbəkiri itirməyimizlə nəticələnəcək. Kərküklə Mosulu necə alacaqsan? Bunu etməklə İraqla İranı hədəf almış olacaqsan. İraqı, İranı, Suriyanı özünə düşmən etməklə ABŞ-ın tələsinə düşəcəksən və nəticədə Diyarbəkiri də itirəcəksən”.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir