Cümə , 29 Mart 2024
Drone Cameras

Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, sənəddə 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin təxribatçı addımlarına qarşı cavab tədbirləri gördüyü və beləcə həmin ölkənin təcavüzkar siyasətinə son qoyan 44 günlük Vətən müharibəsinin başlandığı bildirilir.

Bəyanatda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən təxminən 30 illik işğalından sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün fundamental hüquqlarını təmin edərək öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratdığı qeyd olunur.

Ardınca 27 sentyabrda qardaş ölkə Azərbaycanın Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş əsgər və zabitlərinin xatirəsini yad etmək üçün ölkə prezidenti İlham Əliyevin sərəncamı əsasında elan edilmiş Anım Gününü qeyd etdiyi söylənilir və ölkə tarixində yeni dövrün başlanğıcını qoyduğu, bölgədəki reallıqları dəyişdiyi və beynəlxalq ədaləti bərpa etdiyi üçün “Anım Günü”nün Azərbaycanda olduqca əlamətdar tarix hesab olunduğu deyilir.

Sonda Azərbaycan xalqına Vətəninin azadlığı uğrunda mübarizə aparmış bütün şəhidlərin xatirəsinə dərin ehtiram olaraq başsağlığı ifadə edilir.

Check Also

“Şuşa İƏT Gənclər Paytaxtı – 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb

Martın 28-də Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında “Şuşa …