Şənbə , 28 Mart 2026
Drone Cameras

Peruda mikroavtobus qəzaya uğrayıb, 10 nəfər ölüb

Perunun qərbində mikroavtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Andina” agentliyi məlumat yayıb.

Məlumata görə, avtobusda olan digər 9 sərnişin sağ qalıb. Lakin polis xəsarətlərin ağırlığına görə yol qəzası qurbanlarının sayının arta biləcəyini istisna etmir.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Polisin məlumatına görə, mikroavtobus Ankaş əyalətində körpünün üzərinə çıxarkən uçurumdan aşıb.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …