Cümə , 3 May 2024
Drone Cameras

Peskov: “Rusiyanın Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz”

“Rusiyanın Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz”.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, belə şayiələri yalançılar yayırlar.

“Rəsmi Moskva Türkiyədə prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun ittihamlarını rədd edir. Rusiyanın Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz. Moskva Ankara ilə münasibətləri yüksək qiymətləndirir, çünki Türkiyə çox məsuliyyətli, suveren və düşünülmüş mövqe tutur”, – o deyib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …