Kərkükün şimal-qərbində yerəşən Kərkük-Ərbil yolunda İraq ordusu ilə peşmərgə qüvvələri arasında daha bir toqquşma baş verib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Kürdistan Yurdsevərlər Birliyinin (KYB) rəsmi iinternet səhifəsində məlumat verilib.
Bildirilib ki, atışma Kərkük – Ərbil yolu üzərində yerəşən Qızıl Körpüdə yaşanıb. İKB atışmada ölən və yaralanan haqda məlumat verməyib.
Bu arada isə İraq Mərkəzi Hökuməti də Qızıl Körpüdə baş verən toqquşma haqda xəbər yayıb.
Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlamada Iraq ordusunun sözügedən körpüyə nəzarət etdiyi vurğulanıb. Və peşmərgəyə bölgəni tərk etmək üçün 2 saat vaxt verildiyi bəyan olunub.
Onu da qeyd edək ki, Kərkükün şimal-qərbində yerləşən Qızıl Körpünü Türkmən Cəbhəsi Qərargahı qoruyur. Dünən isə orada olan növbətçi bu qərargah peşmərgə tərəfindən ələ keçirilərək, yandırılıb, bir türkmən qoruyucu isə qaçırılıb.
Iraq Türkmən Cəbhəsinin Kərkük şəhər təşkiatının rəhbəri Mehmet Seman Ağaoğlu bununla bağlı İraq Mərkəzi Hökumətinə müraciət edərək, bölgədə təhlükəsizliyi təmin etməyə çağırıb.
Mərkəzi hökumətdə bu çağırışla bağlı peşmərgəyə 2 saat vaxt verib: “Əgər bu müddətə qədər peşmərgə Qızıl Körpü ətrafından geri çəkilməzsə, ordu əraziyə girəcək”.