Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

“PKK 27 məscidi yandırdı, 70-nə xəsarət yetirdi” – Binəli Yıldırım

Baş nazir Binəli Yıldırım PKK-nın Şırnakda 27 məscidi yandırdığını bildirib.

O, bu barədə terrorçular tərəfindən xəsarət yetirilən Geylani Camisinin təmirinin baş çatması ilə bağlı açılış mərasimində danışıb.

“Şırnakta 27 məscidi yandırıblar, 70 məscidə xəsarət yetiriblər. Bu nə deməkdir, müsəlman məbədi sökülərmi, bizim dinimizdə belə şey varmı? Bunların dini də yoxdur, müqəddəsi də. Bu alçaq PKK terror təşkilatı üzvləri məsum insanları, əsgəri, polisi, mühafizəçini, qarşısına çıxan hər kəsi gözünü qırpmadan öldürür. Çünki bunlar təlimat aldıqları ağalarının dediklərini edirlər.

Artıq bunlar millətə zərər verə bilməyəcək. Bundan əmin ola bilərsiniz. Yetər ki, biz ölkəmizə, uşaqlarımıza, gələcəyimizə sahib çıxaq. Artıq bunlar millətə zərər verə bilməyəcəklər”. (avropa.info)

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir