Bağdaddan vide konfrans vasitəsilə jurnalistlərin suallarına cavab verən anti-İŞİD koalisiyasının mətbuat katibi polkovnik Rayan Dillon Türkiyənin Afrinə qarşı əməliyyata başlayacağı təqdirdə PYD-ni qoruyacaqlarını deyib.
Jurnalistlər Dillondan Türkiyə təhlükəsizlik qüvvələrinin Afrindəki PKK/YPG qüvvələrini vurmasına dair iddialara cavab istəyiblər. Dillon isə bu iddiaları təsdiqləyəcək heç bir sübutun oldmadığını qeyd edib.
Ancaq Dillon koalisiyanın öz müttəfiqlərini İŞİD xaricində hücumlara qarşı qorumaq məsuliyyəti daşıdığını qeyd edib.
“Koalisiyanın kürdlər kimi İŞİD-ə qarşı əməliyyatlara qoşulmuş yerli qüvvələri qorumaq kimi məsuliyyəti varmı?” sualına Dillon belə cavab verib:
“Bəli, olduğunu deyə bilərəm. Bunu daha əvvəl də müxtəlif vasitələrlə göstərdik və sübut etdik. Lazım gələrsə SDG (PKK/YPD) çətiri altında olan hər kəsi: ərəblər, kürdlər, yezidilər və xristianları dəstəkləyər və qoruyarıq”.
Dillon İŞİD ilə mübarizə aparan ortaqlarına hücum edəni kimliyindən asılı olmayaraq vurmaqla təhdid edib. (Avropa.info)
Boyukmillet.com