Bazar , 8 Fevral 2026
Drone Cameras

Polis sosial şəbəkələri izləyəcək

“İnternet məkanının və sosial şəbəkələrin davamlı monitorinqləri aparılacaq. Seçkilərin normal keçməsinə mane olmaq niyyəti daşıyan pozucu qüvvələr vaxtında müəyyən edilib barələrində tədbir görüləcək”. Bunu iyulun 10-da MSK-da keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov bildirib.

Beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında Azərbaycan interneti azad olmayan ölkələrin yanında yer alır. Məhdudlaşmalar sırasında sosial media platformalarının, siyasi, sosial və dini kontentli vebsaytların bloklanması göstərilir.

Hökumət adətən bu cür hesabatları qərəzli sayır, ölkədə söz, ifadə azadlığının təmin olunduğunu bildirir.

Mirağa Qafarov

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …