Dağlıq Qarabağ Azərbaycanın əzəli və ayrılmaz hissəsidir. Heç bir zaman Qarabağ Ermənistana verilməyəcək. Ermənistan beynəlxalq hüquqa məhəl qoymursa, Azərbaycan niyə bunu gözləməlidir. Prezident İlham Əliyev bu günlərdə yerli televiziyalara müsahibəsində bunu bəyan etməklə ermənilərə növbəti dəfə öz yerlərini göstərdi. Geniş müsabibəsində Dağlıq Qarabağ probleminin yaranması, Ermənistanın torpaqlarımızda törətdiyi soyqrımlar, vandalizm və terrorçuluq, işğalçılıq siyasəti, başda Qorbaçov olmaqla SSRİ rəhbərliyinin ölkəmizə qarşı xəyanətinə geniş yer verdi. Hazırda da Ermənistanın təkcə Azərbaycana deyil, bütün dünyaya meydan oxuduğunu, münaqişənin həlli ilə bağlı danışıqlar prosesini pozduğunu və buna görə də işğalçı tərəfin məsuliyyət daşıdığını bəyan etdi.
Bunu Trend-ə politoloq Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, bununla da, ölkə Prezidenti növbəti dəfə bütün beynəlxalq təşkilatların və Ermənistanın diqqətinə çatdırdı ki, Azərbaycan öz torpaqlarını istənilən yolla geri qaytarmaq gücündədir və bu hüququ hər zaman özündə saxlayır:
“Eyni zamanda, cənab Prezident hazırki Ermənistan rəhbərliyinin riyakar simasını da ortaya qoymaqla, bu ölkədə işğalçılıq və terrorizmin dövlət siyasəti olduğunu bildirdi.
Cəbhədə düşmənin istənilən təxribatının qarşısını ordumuz layiqincə alır və lazımı cavab tədbirləri görür.
Düşünürəm ki, biz tezliklə Ali baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı geri alacağıq. Bu gün çox yaxındadır”.
Boyukmillet.com