Cümə , 29 Mart 2024
Drone Cameras

POLKOVNİK: Azərbaycan antiterror əməliyyatına başlaya bilər

Ermənistan silahlı qüvvələri hər gün atəşkəsi pozur. Cəbhəninin Qazax istiqamətində atəşkəsin pozulması nəticəsində iki gün ərzində Dövlət Sərhəd Xidmətinin (DSX) iki əsgəri şəhid oldu.

Polkovnik Şair Ramaldanov mediaya açıqlamasında bildirib ki, Ermənistan bu provokasiyaları bilərəkdən həyata keçirir:

“Ermənistanın Rusiya ilə  sazişi var. Hər hansı üçüncü dövlət ora müdaxilə etsə, Rusiya onların təhlükəsizliyinin qarantıdır. Ermənistan bu provokasiyaları ona görə edir ki,  Azərbaycan hansısa addımı atsın və avtomatik olaraq saziş əsasında ruslar müdaxilə etsinlər”.

Palkovnik bildirib ki, artıq barıtın iyi gəlir. Azərbaycan ultimatumunu da verib:

“Əgər qısa zamanda bir nəticə çıxarılmasa, Azərbaycan antiterror əməliyyatına başlaya bilər. Debat zamanı da cənab prezident bu fikri bir daha səsləndirdi”.

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …