Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Polşa hökuməti Rusiya diplomatlarını ölkədən çıxarır

Polşa hökuməti fəaliyyəti Viyana Diplomatik Əlaqələr Konvensiyasına zidd olduğu ortaya çıxan bir qrup rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Boyukmillet.com “Onet”ə istinadən xəbər verir ki, bu barədə xüsusi xidmətləri əlaqələndirmə nazirinin sözçüsü Stanislav Zarın mətbuat konfransında bildirib.

O, məsələ ilə əlaqədar Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin Xarici İşlər Nazirliyinə dəvət olunduğunu da diqqətə çatdırıb.

Daxili Təhlükəsizlik Agentliyinin məlumatına əsasən ölkədən çıxarılacaq 45 nəfərdən ibarət siyahıya rusiyalı diplomatlar və həyat yoldaşları daxildir. Bu şəxslərin məxfi məlumatlar toplamaqla yanaşı, yerli vətəndaşları xarici dövlətin xeyrinə casusluq fəaliyyətinə cəlb etdikləri də bildirilir.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …