Şənbə , 14 Mart 2026
Drone Cameras

Polşada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayıb

Polşada Vişeqrad qrupuna daxil olan ölkələrin (Polşa, Çexiya, Slovakiya və Macarıstan) “PUMA-2022” təlimləri başlayıb..

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli PAP agentliyi məlumat yayıb.

Təlimlərə ABŞ və Böyük Britaniya hərbçiləri də qatılıb.

Manevrlərin məqsədi müttəfiq qüvvələrin taktiki tədbirlərin planlaşdırılması, təşkili və keçirilməsidir.

Təlimlərdə 2 minə yaxın zirehli heyət, artilleriyaçı, istehkamçı, kimyaçı və 300-ə yaxın texnika iştirak edir.

Qeyd olunur ki, manevrlərin ssenarisində Ukraynadakı müharibədən öyrənilən təcrübə nəzərə alınıb. Təlimlər noyabrın 9-dək davam edəcək.

Check Also

İran səfirindən Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA

Türkiyədə vurulan raketləri üçüncü tərəf atıb. Boyukmillet.com  xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd …