Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İraqın şimalında türk əsgəri şəhid olub

İraqın şimalında separatçı terror təşkilatının üzvlərinin açdığı atəş nəticəsində Türkiyə ordusunun əsgəri Mustafa Öztürk şəhid olub, üç əsgər isə yaralanıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb və müalicələrinə başlanılıb.

Xatırladaq ki, ötən gün İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi minanın partlaması nəticəsində şəhid olub.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …